Direktor: İşğaldan azad olunmuş Ağdamda ilk məktəbin rəhbəri olmaq həm məsuliyyətli, həm də qürurvericidir - FOTO
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesi davam edir.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, məktəbin direktoru Günel Vəliyeva bildirib ki, işğaldan azad olunmuş Ağdamda ilk fəaliyyət göstərən məktəbin rəhbəri olmaq həm məsuliyyətli, həm də qürurvericidir.
Onun sözlərinə görə, məktəbdə müasir tədris mühitinin yaradılması üçün bütün zəruri şərait qurulub: “Təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları fəaliyyət göstərir. Bundan əlavə, məktəbdə kitabxana və muzey də şagirdlərin istifadəsinə verilib”.
Direktor əlavə edib ki, məktəbdə 352 yerlik yeməkxana, 468 yerlik akt zalı, iki qapalı idman zalı, həmçinin açıq havada futbol və basketbol meydançaları da mövcuddur.
Məktəbin ibtidai sinif müəllimi Nurəngiz Məmmədova da şagirdləri kimi doğma Ağdama qayıdan sakinlərdəndir. O bildirib ki, şagirdlər ölkənin müxtəlif ərazilərindən gəlməsinə baxmayaraq, adaptasiya prosesində problem yaşanmayıb.
Qeyd edib ki, uşaqlar yeni məktəbdə xüsusi fəallıqları ilə seçilirlər.
Yeddi yaşlı Aysel Hüseynli də ailəsi ilə birlikdə Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Ağdam şəhərinə köç edib. O, yeni məktəbdə təhsil aldığı üçün çox sevindiyini bildirib, dərslərini əla qiymətlərlə oxuyaraq gələcəkdə həkim olmaq istədiyini deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib. Məktəb işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində inşa olunub.
Oxşar xəbərlər
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub
Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
Kərkicahandakı orta məktəbdə keyfiyyətli tədris üçün hər cür şərait yaradılıb - FOTO
Cəbrayılda Mehdizadə adına məktəbdə pedoqoji heyət formalaşıb - FOTO
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
