Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyn arasında görüş keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, ikitərəfli və çoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkə arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təhsil, turizm, energetika, nəqliyyat və s. istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı qeyd edilib.

Görüş çərçivəsində habelə digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov Abdullahiyanla Azərbaycanın İrandakı səfirliyinin bərpasını müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov iranlı həmkarına: "Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması sülh prosesinə təhdidir"
Azərbaycanla Xorvatiya arasında siyasi məsləhətləşmələr aparılıb
Ukrayna XİN başçısı Çinə səfər edəcək
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər