ESCAP: Asiya-Sakit Okean regionunda şəhər dayanıqlılığı üçün sistem islahatları vacibdir
WUF13 çərçivəsində keçirilən Şərqi Avropa və Mərkəzi Asiya regionları ilə bağlı konfransda müzakirə aparılıb.
Sizinxeber.az xəbər verir ki, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) rəsmisi Asiya-Sakit Okean regionunda şəhərlərin iqlim dəyişiklikləri, qeyri-formal yaşayış, infrastruktur çatışmazlığı və idarəetmə problemləri kimi bir-biri ilə əlaqəli risklərlə üz-üzə olduğunu və bu çağırışların həlli üçün inteqrasiya olunmuş yanaşmalar tələb olunduğunu bildirib.
Bildirilib ki, regionda 700 milyona yaxın insan qeyri-formal yaşayış məntəqələrində yaşayır və bu göstərici dünyadakı qeyri-formal yaşayış şəraitində yaşayan əhalinin təxminən 60 faizini təşkil edir.
Onun sözlərinə görə, bu vəziyyət yalnız mənzil çatışmazlığını yox, həm də idarəetmə və şəhərsalma sahəsində struktur boşluqları əks etdirir.
ESCAP rəsmisi qeyd edib ki, region BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində müəyyən edilmiş dayanıqlı şəhərlər və icmalar hədəfi üzrə geridə qalır. Bununla yanaşı, bəzi ölkələrdə fəlakət riskinin azaldılması strategiyalarının hazırlanması və hava keyfiyyətinin yaxşılaşdırılması istiqamətində irəliləyişlərin olduğu da diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Vyetnam səfiri: Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür
Azərbaycanla ESCAP arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub
DSMF sədri İSSA-nın Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib
ADB Asiya-Sakit okean regionunda transsərhəd elektrik şəbəkələri üçün 50 milyard dollar ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
