Boliviya etiraz aksiyaları fonunda humanitar dəhliz yaradılıb
Boliviya hakimiyyəti etiraz aksiyaları səbəbindən blokadada olan şəhərlərə ərzaq və dərmanlar çatdırmaq üçün humanitar dəhliz yaratmaq üçün əməliyyat başladacaq.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə daxili işlər naziri Marko Antonio Ovyedo bildirib.
"Mayın 23-də, şənbə günü əsasən Oruro və La-Pas şəhərlərini birləşdirən yolları təmizləmək üçün "Ağ bayraqlar altında humanitar dəhliz" adlı əməliyyatın başlanması barədə qərar qəbul edilib", - o, mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, əməliyyat polis tərəfindən hərbçilərin maddi-texniki dəstəyi ilə həyata keçiriləcək. "Onun yeganə məqsədi qida, (tibbi) oksigen çatışmazlığından əziyyət çəkən El-Alto və La-Pas sakinləri üçün normal həyat təmin etməkdir", - nazir qeyd edib.
O, həmçinin əlavə edib ki, əməliyyat dinc xarakter daşıyacaq və insan haqları təşkilatları, Katolik Kilsəsinin nümayəndələri və Qırmızı Xaç Cəmiyyəti iştirak edəcək.
Ölkədə bir neçə həftədir, hökumət əleyhinə etirazlar davam edir, müxtəlif bölgələrdə yollar bağlanır. Hakimiyyət orqanları təchizatdakı fasilələrə və iğtişaşlara görə məsuliyyəti keçmiş prezident Evo Moralesin tərəfdarlarının üzərinə atır. 18 mayda La-Pasda toqquşmalar və iğtişaşlar baş verib, nəticədə təxminən 100 nəfər həbs olunub.
Oxşar xəbərlər
Serbiyada keçirilən etiraz aksiyalarında 42 polis yaralanıb
Rusiya ilə Ukrayna arasındakı humanitar dəhliz bağlanıb
Serbiyada etiraz aksiyaları zamanı 6 polis əməkdaşı yaralanıb
ABŞ-nin bir neçə ştatında Trampın siyasətinə qarşı etiraz aksiyaları keçiriləcək
Gürcüstanda etiraz aksiyaları zamanı 150-dən çox polis əməkdaşı yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər
