Ceyhun Bayramov Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb
24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, görüşdə Azərbaycan və Avropa Şurası arasında mövcud gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Azərbaycanın dialoq və qarşılıqlı hörmətə əsaslanaraq hər zaman Avropa Şurasının təsisatları ilə əməkdaşlığa açıq olduğu bildirilib.
Buna baxmayaraq, Avropa Şurası Parlament Assambleyasının cari ilin yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq etməməsinə dair qərarının əsassız və açıq şəkildə qərəzli olmaqla yanaşı dialoqa xidmət etmədiyi vurğulanıb.
Tərəflər arasındakı bütün fikir ayrılıqlarının dialoq, qarşılıqlı hörmət və anlaşma vasitəsilə həll edilməli olduğu, Azərbaycan tərəfinin Avropa Şurası və onun təsisatlarından gözləntisinin də məhz bundan ibarət olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişatından bəhs edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN başçısı portuqaliyalı həmkarı ilə ölkələr arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












