ABŞ Ukraynada 500-dən çox tibb müəssisəsində layihələr həyata keçirir
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynada 500-dən çox tibb müəssisəsində layihələr həyata keçirir


ABŞ Dövlət Departamenti Ukraynada 500-dən çox tibb müəssisəsində, o cümlədən 25 laboratoriyada yoluxucu xəstəliklər, vərəm və HİV-in öyrənilməsi ilə bağlı proqramlar həyata keçirir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyinin məlumatlarında deyilir.

Məlumata görə, ABŞ-ın dəstəklədiyi tibbi proqramlar Ukraynanın 21 regionundan 16-da icra olunur.

2026-cı ilin mart ayının sonuna olan vəziyyətə əsasən, ABŞ səfirliyi təxminən 10 milyon dollar dəyərində dərman preparatları və digər tibbi vasitələrin tədarükü və paylanmasını idarə edib.

Yoluxucu xəstəliklərin öyrənilməsi ilə bağlı aparılan tədqiqatlarda həmin tarixə qədər 100 mindən çox insan iştirak edib.

Səfirlik həmçinin bu proqramları həyata keçirən 3,5 mindən çox tibb işçisinin fəaliyyətini maliyyələşdirib.

Oxşar xəbərlər

Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb
Penitensiar müəssisələrdə vərəmə qarşı mübarizə mövzusunda təlimlər keçirilib
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
Tibb müəssisələrində yoxlama aparılıb, 131 nəfər məsuliyyətə cəlb olunub
Sünnət əməliyyatı icbari tibbi sığorta hesabına aparılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər