Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb
sizinxeber.az xəbər saytı

Niderland Arktikanı NATO-nun çəkindirmə sisteminin bir hissəsi kimi tanıyıb


Niderland hökuməti Arktikanı NATO-nun hərbi çəkindirmə sisteminin yeni istiqaməti kimi tanıyıb.

APA xəbır verir ki, bu barədə ölkənin 2026–2030-cu illər üçün qəbul etdiyi yeni Arktika strategiyasında qeyd olunub.

Sənəddə bildirilir ki, Arktika artıq “sülh və əməkdaşlıq regionu” deyil və geosiyasi rəqabət zonasına çevrilir. Buna görə də NATO-nun bölgədə iştirakının artırılması və kollektiv çəkindirmə tədbirlərinin gücləndirilməsi vacib hesab olunur.

Niderland Norveçdə müttəfiqlərlə birgə hərbi təlimləri davam etdirməyi, həmçinin Kanada və ABŞ-də Arktika əməliyyatlarında iştirak imkanlarını nəzərdən keçirməyi planlaşdırır.

Hökumət hesab edir ki, buzlaqların əriməsi yeni dəniz marşrutlarına, təbii ehtiyatlara və sualtı infrastruktura çıxışı artırır və bu da regionun strateji əhəmiyyətini yüksəldir.

Oxşar xəbərlər

NATO ölkələrinin Arktika sularında təlimi baş tutub
Pentaqon: Arktika ABŞ üçün strateji qarşıdurma bölgəsinə çevrilir
Niderland hərbçisi NATO təlimində həlak olub
Niderland Ukraynaya dəyəri 400 milyon avro olan yeni yardım paketi ayıracaq
NATO baş katibi: Tramp-Putin görüşündən asılı olmayaraq Ukraynaya silah tədarükü davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər