İstefaya gedən Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsi ilə qarşıdurma yaşadığı məlum olub
ABŞ Milli Kəşfiyyatının direktoru postundan istefa verəcəyini açıqlayan Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə pərdəarxası qarşıdurma yaşadığı məlum olub.
Bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, Qabbardın rəhbərlik etdiyi Milli Kəşfiyyat Direktoru Aparatı bir neçə ay ərzində MKİ ilə gizli qarşıdurma şəraitində olub və bu vəziyyət Senatın daxili təhlükəsizlik və dövlət islahatları komitəsində keçirilən dinləmələr zamanı açıq müstəviyə çıxıb.
“The Washington Post” isə yazır ki, Donald Trampın hazırkı prezidentlik dövründə MKİ ilə Milli Kəşfiyyat Direktoru Aparatı arasında ciddi gərginlik müşahidə olunur və Qabbardın istefası MKİ direktoru Con Retkliffin mövqelərini gücləndirə bilər.
Mayın 13-də Senat komitəsində çıxış edən MKİ əməkdaşı Ceyms Erdman bildirib ki, o, Qabbardın yaratdığı “Director's Initiative Group” (DIG) adlı işçi qrupunda bir il fəaliyyət göstərib. Qrup səs-küylü işlərin araşdırılması, sənədlərin açıqlanması və administrasiyanın siyasətinə qarşı mümkün sabotaj cəhdlərinin müəyyənləşdirilməsi ilə məşğul olub.
Erdmanın yazılı ifadəsində qeyd olunub ki, MKİ DIG qrupunun fəaliyyətinə qanuni nəzarətə mane olub və qrup üzvlərinə qarşı əsassız araşdırmalar başladaraq təzyiq göstərib.
Onun sözlərinə görə, MKİ həm işçi qrupundan, həm də Tulsi Qabbarddan sənəd və məlumatları gizlədib, onlara çıxışı məhdudlaşdırıb.
Bundan əlavə, Erdman bildirib ki, MKİ DIG üzvlərinin kommunikasiyalarını və kompüter fəaliyyətini izləyib.
Oxşar xəbərlər
"Axios": Tulsi Qabbard istefa verməzdən əvvəl MKİ ilə münaqişəyə girib
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
ABŞ Senatı Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiq edib
ABŞ-nin milli kəşfiyyat direktoru ərinin xəstəliyi səbəbindən istefa verib
ABŞ Milli Kəşfiyyatının rəhbəri həyat yoldaşının xəstəliyi səbəbindən istefa verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
