TBMM-də “Terrorsuz Türkiyə” Komissiyası işə başlayıb
Türkiyə Böyük Millət Məclisində (TBMM ) “Terrorsuz Türkiyə” məqsədilə yaradılan yeni komissiya ilk iclasını keçirib.
Sizinxeber.az-nın xəbərinə görə, açılışda çıxış edən TBMM sədri Numan Kurtulmuş ölkənin yarım əsrlik terrorla mübarizəsində yeni mərhələyə qədəm qoyulduğunu bildirib.
Kurtulmuş silahların susmasının və terror təşkilatlarının fəaliyyətini dayandırmasının heç bir siyasi qurumun deyil, birbaşa xalq iradəsinin nəticəsi olduğunu vurğulayıb. O, bu prosesin həm Türkiyənin, həm də regionun sülh və sabitliyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.
Komissiyanın fəaliyyət prinsiplərinin “şəffaflıq və açıqlıq” olacağını bildirən Kurtulmuş prosesə akademiklər, hüquqşünaslar, QHT-lər və ictimaiyyət nümayəndələrinin də cəlb ediləcəyini açıqlayıb.
“Bu masa xalqın vicdanı ilə qurulub. Demokratik və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyə üçün birlikdə çalışacağıq”, – TBMM sədri qeyd edib.
Oxşar xəbərlər
Türkiyə TBMM-də “Terrorsuz Türkiyə” Komissiyası işə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Numan Kurtulmuş yeniden TBMM sədri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aşqabadda TBMM sədri ilə Xaçaturyan Türkiyə-Ermənistan sərhədlərinin açılmasını müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kurtulmuş: Hücumun Ərdoğanın səfərdə olduğu zaman həyata keçirilməsi təsadüfi deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












