Türkiyə TBMM-də “Terrorsuz Türkiyə” Komissiyası işə başlayıb
Türkiyə Böyük Millət Məclisində (TBMM ) “Terrorsuz Türkiyə” məqsədilə yaradılan yeni komissiya ilk iclasını keçirib.
Sizinxeber.az-nın xəbərinə görə, açılışda çıxış edən TBMM sədri Numan Kurtulmuş, ölkənin yarım əsrlik terrorla mübarizəsində yeni mərhələyə qədəm qoyulduğunu bildirib.
Kurtulmuş, silahların susmasının və terror təşkilatlarının fəaliyyətini dayandırmasının heç bir siyasi qurumun deyil, birbaşa xalq iradəsinin nəticəsi olduğunu vurğulayıb. O, bu prosesin həm Türkiyənin, həm də regionun sülh və sabitliyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.
Komissiyanın fəaliyyət prinsiplərinin “şəffaflıq, açıqlıq və çoğulçuluq” olacağını bildirən Kurtulmuş, işlərə akademiklər, hüquqçular, QHT-lər və ictimaiyyət nümayəndələrinin də cəlb ediləcəyini açıqlayıb.
“Bu masa xalqın vicdanı ilə qurulub. Demokratik və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyə üçün birlikdə çalışacağıq,” – deyə TBMM sədri qeyd edib.
Oxşar xəbərlər
Numan Kurtulmuş yeniden TBMM sədri seçilib
TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik
Aşqabadda TBMM sədri ilə Xaçaturyan Türkiyə-Ermənistan sərhədlərinin açılmasını müzakirə edib
Kurtulmuş: Hücumun Ərdoğanın səfərdə olduğu zaman həyata keçirilməsi təsadüfi deyil
Numan Kurtulmuş: Bir çox terror təşkilatları, o cümlədən PKK vasitəsilə Türkiyəyə təzyiq edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
