Cocuq Mərcanlı sakini: Həm kəndimiz azad edildi, həm də qardaş nisgilinə son qoyuldu
Həm kəndimiz işğaldan azad olundu, həm də uzun illər davam etmiş qardaş nisgilinə son qoyuldu.
Bunu “Sizinxeber.az”un Qarabağ bürosunun əməkdaşı ilə söhbətdə aprelin 18-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dəfn olunan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən Ələsgər Mirzəliyevin böyük qardaşı Bəyqulu Mirzəliyev deyib.
Onun sözlərinə görə, ailə üzvləri 30 ildən artıq müddətdə qardaşının həsrəti ilə yaşayıb:
“Uzun illər qardaşımın həsrətini çəkdik. Həm Vətən həsrəti, həm də qardaşımın taleyindən xəbərsiz olmağımız bizi çox üzdü. İndi Allaha şükür edirik.
Bu, bizim xoşbəxt günümüzdür. Çünki həm kəndimiz işğaldan azad olundu, həm də uzun illər davam etmiş qardaş nisgilinə son qoyuldu. Dünyasını dəyişən əzizlərimizi artıq öz qəbiristanlığımızda rahat dəfn edə bilirik”.
Oxşar xəbərlər
I Qarabağ müharibəsində itkin düşən Ələsgər Mirzəliyevin qalıqları Cocuq Mərcanlıda dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
Şəhid qardaşı: Onun məzarının artıq harada olduğunu bilmək bizim üçün təsəllidir
Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO
Cəbrayılın Cocuq Mərcanlı kəndində minaların zərərsizləşdirilməsi əməliyyatı icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
