Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq
sizinxeber.az xəbər saytı

Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq


Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlardan biri Hüseynov Mübariz Sabəddin oğlu, digərləri isə Mirzəliyev Ələsgər Fərzalı oğlu və Münasib Mehdiyev Namaz oğludur.

M.Hüseynov sabah Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ə.Mirzəliyev Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında, M.Mehdiyev isə Samux rayonu Qovlarsarı kənd qəbiristanlığında  dəfn olunacaq. 

Oxşar xəbərlər

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən daha iki şəhid dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər