I Qarabağ müharibəsində itkin düşən Ələsgər Mirzəliyevin qalıqları Cocuq Mərcanlıda dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Ələsgər Mirzəliyevin qalıqları bu gün ailəsinə təhvil verilib.
APA-nın yerli bürosu xəbər verir ki, şəhidin qalıqları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gətirilib.
Şəhidlə vida mərasimi təşkil olunub, cənazə namazı qılınıb.
Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib. Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Cocuq Mərcanlı kəndinə, Lələtəpə qəbirstanlığına gətirilib.
Hərbi orkestrin ifasında Dövlət Himni səslənib, yaylım atəşi aşılıb. Şəhidin nəşinin qalıqları torpağa tapşırılıb.
Şəhidin tabutuna bükülən Dövlət bayrağı qardaşına təqdim olunub.
Qeyd edək ki, Mirzəliyev Ələsgər Fərzalı oğlu 1969-cu ildə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində doğulub.
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qoşulub.
1993-ci il oktyabr ayında Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb.
Ələsgər Mirzəliyev naməlum şəhid kimi İmişli rayonu Şəmmədli kənd məzarlığında dəfn olunub.
Oxşar xəbərlər
Nəşinin qalıqları 32 il sonra Daşaltıda tapılan şəhid Salyanda dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Möhübbət Mustafayevin qalıqları dəfn olunub - FOTO
I Qarabağ müharibəsində itkin düşən Daşqın Behbudovun qalıqları Göyçayda dəfn edilib - FOTO
Birinci Qarabağ müharibəsində itkin düşən Elşən Tağıyevin nəşinin qalıqları Salyanda dəfn olunub - FOTO
Birinci Qarabağ müharibəsində şəhid olan Cahangir Səfərovun qalıqları Ağdamda dəfn edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













