Hörmüz boğazından 11 mindən çox dənizçi təxliyə ediləcək
sizinxeber.az xəbər saytı

Hörmüz boğazından 11 mindən çox dənizçi təxliyə ediləcək


Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazında qalmış 11 mindən çox dənizçinin təxliyə planının icrasına başlayır.

"Report" xəbər verir ki, bu barədə təşkilatın baş katibi Arsenio Domingesin IMO-nun saytındakı bəyanatında bildirilib.

Onun sözlərinə görə, genişmiqyaslı təxliyə əməliyyatı İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və dəniz sənayesi nümayəndələri ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.

O qeyd edib ki, artıq zəruri təhlükəsizlik zəmanətləri alınıb və bu, əməliyyatın icrasına başlamağa imkan verir.

IMO-nun baş katibi vurğulayıb ki, ABŞ və İran arasında sazişin imzalanmasından sonra dəniz təhlükəsizliyinin bərpası üzrə yeni mərhələ başlayır. Onun sözlərinə görə, sənəd mülki gəmiçiliyə hücumların dayandırılması və regionda vəziyyətin sabitləşməsi istiqamətində həlledici addım olub.

Oxşar xəbərlər

Əli Musəvi: Hörmüz boğazında gəmilərin hərəkəti İranla koordinasiya olunmalıdır
Rubio: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş ala bilməyəcək
Bəqai: İran və Oman tezliklə Hörmüz boğazında gəmiçiliklə bağlı yeni qaydaları müzakirə edəcək
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
BƏƏ bayrağı altında üzən gəmi RAKETLƏ VURULDU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər