Şəhid qardaşı: Onun məzarının artıq harada olduğunu bilmək bizim üçün təsəllidir
Qardaşı bu gün dəfn olunan şəhidin məzarının yerini bilməyin onlar üçün təsəlli olduğunu deyib.
Bu barədə “Sizinxeber.az”un Qərb bürosuna açıqlamasında fevralın 7-də Yevlax Şəhidlər xiyabanında dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovun qardaşı Yasin Məmmədov danışıb.
Y.Məmmədov qardaşının taleyindən uzun müddət xəbərsiz olduqlarını bildirib:
“Qardaşım müharibənin qızğın vaxtlarında hərbi xidmətə gedib, xüsusi təyinatlı əsgər olub. Füzuli istiqamətində gedən döyüşlərdə onun olduğu mövqeyə mərmi düşüb, bundan sonra onun aqibətindən məlumatsız olmuşuq. Bir müddət sonra onun şəhid olduğunu öyrənsək də, harada dəfn edildiyini bilmirdik.
Şükür, onun nəşinin qalıqları tapıldı və artıq qardaşımın məzarının yerini bilirik. Bu, bizim üçün təsəllidir. Başda dövlət başçısı olmaqla, bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirik. Mən qardaşımla, Vətən uğrunda canından keçən bütün şəhidlərimizlə qürur duyuram”.
Oxşar xəbərlər
Şəhidin qardaşı: Başda Prezidentimiz olmaqla şəhidlərimizin və qazilərimizin sayəsində qardaşımın nəşi tapılıb
Şəhid bacısı: Qəhrəman hərbçilərimiz qardaşımın qisasını alıblar
Qalıqları dəfn edilən hərbçinin əmisi: Bu iki il ərzində dövlət, şəhid ailələri və qazilər bizi tək qoymadılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
