İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
sizinxeber.az xəbər saytı

İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən məlumata əsasən, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Oxşar xəbərlər

Sabah yağış yağacaq - XƏBƏRDARLIQ
Rayonlarda mayın ikinci ongünlüyünün sonunadək qeyri-sabit hava gözlənilir - XƏBƏRDARLIQ
Bakıda və rayonlarda yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq - XƏBƏRDARLIQ
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq
Yağış yağacaq, temperatur düşəcək - XƏBƏRDARLIQ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər