Serbiyada Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan rəsmi qəbul keçirilib
Azərbaycanın Serbiyadakı Səfirliyinin təşkilatçılığı ilə paytaxt Belqrad şəhərində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib.
"Report"un Balkan bürosu xəbər verir ki, tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev Azərbaycan Ordusunun tarixindən söz açıb. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıdandan sonra ölkəmizdə ordu quruculuğu prosesinin yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran səfir deyib ki, bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordularından birinə çevrilib.
Hərbi Attaşenin baş köməkçisi Cəfər Məmmədov isə çıxışında bildirib ki, ardıcıl modernləşmə siyasəti, qabaqcıl hərbi imkanlara yatırımlar və yüksək peşəkarlığa malik kadrların hazırlanması nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli hərbi təsisatlarından birinə çevrilib.
Onun sözlərinə görə, bu gün Azərbaycan regional sabitliyin, beynəlxalq təhlükəsizliyin və hərbi əməkdaşlığın möhkəmləndirilməsinə fəal töhfə verməyə davam edir: "Bu əlamətdar günü qeyd edərkən Azərbaycanın sülhə, sabitliyə və konstruktiv beynəlxalq əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyirik. Eyni zamanda, ölkəmizi müdafiə etməyə və qlobal təhlükəsizliyə töhfə verməyə daim hazır olan güclü və qüdrətli Silahlı Qüvvələrimizi inkişaf etdirmək əzmində olduğumuzu vurğulayırıq".
Qeyd edək ki, tədbirdə Serbiya Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək rütbəli hərbi nümayəndələri, eləcə də burada akkreditə olunmuş bir çox ölkələrin hərbi attaşeləri, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Kamil Xasiyev: İşğala son qoyulması Cənubi Qafqazda davamlı sülhə yol açıb
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
Serbiyanın müdafiə naziri Azərbaycana səfər edəcək
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
