Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu keçirilib
Naxçıvan Dövlət Universitetində (NDU) Qərbi Azərbaycandan olan gənclərin forumu keçirilib.
“Report”un yerli bürosunun məlumatına görə, Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsi əsasında NDU-nun əməkdaşı Salatın Məmmədovanın “Qərbi Azərbaycandan olan gənclərin Naxçıvan forumu” layihəsinin açılış mərasimi olub.
Rəsmi şəxslərin, deputatların, Qərbi Azərbaycan İcması (QAİ) rəhbərliyinin, NDU əməkdaşları və tələbələrinin qatıldığı tədbirdə Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Forumda təqdim olunan məruzələrdə layihənin məqsədi haqqında ətraflı məlumat verilib, belə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Daha sonra gənclərin ifasında Qərbi Azərbaycan rəqsləri nümayiş olunub.
Panel müzakirələrlə davam edən forumun yekununda iştirakçılara müvafiq sertifikatlar verilib.
Oxşar xəbərlər
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçirilib
İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır"
Naxçıvanda “KönüllüSən!" layihəsinin açılış mərasimi keçirilib
İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












