Daşkənddə “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” keçirilib
Daşkənd şəhərində “Özbəkistan-Azərbaycan: Gənclərin İpək Yolu İqlim Forumu” təşkil olunub.
“Sizinxeber.az” xəbər verir ki, tədbir Azərbaycan Gənclər Fondunun dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində baş tutub.
Forumdan öncə iştirakçılar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə universitetdə yaradılmış Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin adını daşıyan Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzi ilə tanış olublar.
Forumda çıxış edən natiqlər hər iki dövlət tərəfindən müzakirə olunan sahədə görülən tədbirlərin digər ölkələrə nümunə olduğunu bildiriblər. Azərbaycanda keçiriləcək COP-29 tədbirinin önəminə toxunan çıxışçılar rəsmi Bakının bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edəcəyinə ənliklərinivurğulayıblar.
Sonda iştirakçılara diplomlar təqdim olunub və xatirə şəkli çəkdirilib.
Forum öz işini oktyabrın 19-na qədər aktiv olacaq “Yaşıl dünya naminə” sərgi ilə davam etdirəcək. Bundan başqa, Forumun nümayəndə heyəti Özbəkistanda vətəndaş cəmiyyəti və dövlət rəsmiləri ilə görüşlər keçirir.
Oxşar xəbərlər
Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilir
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının hansı ölkə vətəndaşlarına veriləcəyi açıqlanıb
Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub
Ukraynada Azərbaycan dili üzrə ödənişsiz fakultativ açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












