Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı baş tutub.
"Report" xəbər verir ki, festivalda Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, müxtəlif kulinariya nümunələri sərgilənib.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin ifasında Dövlət Himni və “Koroğlu” operasından Uvertüra səslənib.
Davamında isə “Gülüstan” rəqs ansambılı və “Dəcəl qızlar” rəqs qrupunun ifasında müxtəlif rəqs kompozisiyaları təqdim olunub.
Bədii hissənin davamında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət xalq çalğı alətləri ansambılının müşayiəti ilə gənc istedlı xanəndələr: Məftun Səfərli, Səfiyə Yaqublu və Mədinə Səlimovanın ifasında müxtəlif xalq və bəstəkar nəğmələri ifa edilib.
Sarayev adına 35 saylı 11 illik musiqi məktəbinin şagirdlərinin ifasında Qərbi Azərbaycan coğrafi ərazisinə xas olan aşıq havaları səsləndirilib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini Kamal Cəfərov gənclərin fəallığını yüksək qiymətləndirib.
"İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı festivalın keçirilməsinin əsas məqsədindən söz açıb:
"Bizim məqsədimiz Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və coğrafiyasını gənclərə tanıtmaq, Azərbaycan həqiqətlərini doğru və ətraflı şəkildə çatdırmaq və buna təşəbbüs göstərən gənclərə dəstək olmaqdır".
Tədbirdə çıxış edən digər rəsmilər də gənclərin fəallığını yüksək qiymətləndirərək onları mükafatlandırıblar.
Oxşar xəbərlər
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Türkiyədə Azərbaycan Mədəniyyəti Günləri təşkil ediləcək
Gəncə Dövlət Filarmoniyasında "Naz-nazı" muğam qrupunun konserti baş tutub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
