sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb
Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsini müşahidə edib, dərhal aidiyyəti üzrə məlumat verməklə ərazini nəzarətə götürüblər.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görür, hərəkətin nizamlanmasını təmin edirlər.
Oxşar xəbərlər
İri qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi müşahidə edilib, ərazi nəzarətə götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü qəzaya səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP qeyri-sabit hava şəraiti ilə bağlı yollarda qabaqlayıcı tədbirlər görür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu yollar buz bağlayıb - Siyahı [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə yenidən müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













