İri qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi müşahidə edilib, ərazi nəzarətə götürülüb
sizinxeber.az xəbər saytı

İri qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi müşahidə edilib, ərazi nəzarətə götürülüb


Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.

DİN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb.

Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

Oxşar xəbərlər

DYP sabah başlayacaq “Formula-1"lə əlaqədar sürücülərə müraciət edib
Bakı metropoliteninin Qırmızı xəttində gecikmələr olub
DYP bir sıra yollarda hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib
Bakı-Sumqayıt qatarları üzrə tariflər artırılır
Gədəbəydə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər