İran region ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq istəyir
sizinxeber.az xəbər saytı

İran region ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq istəyir


İranın Xarici İşlər Nazirliyi (XİN) və parlamenti region ölkələri ilə ticarət əlaqələrinin asanlaşdırılması üçün əməkdaşlıq edəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu İranın XİN başçısı Abbas Əraqçinin parlamentin İqtisadiyyat Komissiyası və İqtisadi Diplomatiya Komitəsinin üzvləri ilə iclasın yekunlarına dair bəyanatında qeyd edib.

"Xarici işlər naziri bu birgə görüşdə diplomatik aparatın iqtisadi diplomatiya sahəsindəki tədbirlərini və proqramlarını izah edərək, ölkənin iqtisadi hədəflərinin həyata keçirilməsi və beynəlxalq iqtisadi əlaqələrin inkişafı məqsədilə XİN-in parlamentlə yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb", - Əraqçinin "Telegram" kanalında yaydığı məlumatda bildirilib.

Görüşdə iqtisadi diplomatiya, ticarət əməkdaşlıqlarının və xarici investisiyaların inkişafı, qeyri-neft ixracatının genişləndirilməsi yolları və milli iqtisadiyyatı dəstəkləmək üçün əyalət diplomatiyası və iqtisadi diplomatiya potensialından istifadə ilə bağlı ən mühüm məsələlər müzakirə edilib.

Oxşar xəbərlər

İran parlament komissiyasının sədri: Regional və qlobal əməkdaşlığın gücləndirilməsi XİN-in gündəliyindədir
Yəmənin Baş naziri: Azərbaycanla ticarət və mədəniyyət əlaqələrimizi genişləndirə bilərik
Azərbaycan və İspaniya arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib
Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək
Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər