DYP “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə yenidən müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə müraciət edib.
DYP-dən "Sizinxeber.az"a verilən xəbərə görə, müraciətdə deyiilir:
"Sabah başlayacaq “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur".
DYP-nin müraciətində qeyd edilib ki, bununla yanaşı yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.
Oxşar xəbərlər
DYP “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP "Formula-1"lə bağlı müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar media akkreditasiya seminarı təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Formula 1"-lə əlaqədar bu gecədən İstiqlaliyyət və onunla kəsişən küçələrdə hərəkət dayandırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












