Sahibə Qafarova iordaniyalı həmkarı ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib
Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, geniştərkibli görüşdə S.Qafarova iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin sədri iki ölkə arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin də məmnunluq doğurduğnu qeyd edib.
M.T.S.Əl-Qadi öz növbəsində parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb.
O, bu səfərin və Milli Məclisin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu vurğulayıb.
Söhbət zamanı həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb
Sahibə Qafarova Rusiyada qırğızıstanlı həmkarı ilə görüşüb
Sahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
