Media Reyestrində olmayan çap mediası subyektlərinin 5 min manatadək cərimələnməsi I oxunuşda qəbul edilib
Milli Məclis Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektlərinin 5 min manatadək cərimələnməsini I oxunuşda qəbul edib.
“Sizinxeber.az” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5 000 manatadək məbləğədək cərimə ediləcək.
Yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
İnformasiya agentliklərinə dair yeni tələblər I oxunuşda qəbul edilib
MM məişət tullantılarının kənara atılmasına görə cərimələrin artırılmasını təsdiqləyib
Kosmik fəaliyyət haqqında qanunvericiliyin pozulmasına görə cərimələr ilk oxunuşda təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
