Aleksandr Giboy: Tənqidi düşüncə, mənbələri təhlil etmək bacarığı – media savadlılığının mühüm alətləridir
Müasir media savadlılığı ənənəvi anlamdan kənara çıxır və jurnalistlərdən və oxuculardan daha geniş bacarıqlar toplusu tələb edir.
"Sizinxeber.az"un müxbiri xəbər verir ki, bu barədə Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) baş katibi Alexandru Giboi III Şuşa Qlobal Media Forumunda bildirib.
Onun sözlərinə görə, sürətlə dəyişən informasiya mühitində tənqidi düşüncə, mənbələri təhlil etmək və konteksti anlamaq qabiliyyəti zəruri alətlərə çevrilib.
Giboi həmçinin qeyd edib ki, forumda artıq üçüncü ildir iştirak edir və hər dəfə Şuşada baş verən müsbət dəyişiklikləri görür.
"Buraya ilk səfərim təxminən üç il əvvəl olub — o zaman bu, media nümayəndələri qrupunun Şuşaya ilk səfəri idi. Bu, tamamilə fərqli bir yer idi: çadırlar, mina təhlükəsi barədə xəbərdarlıq işarələri və ümumi qeyri-sabitlik hissi. Bütün bunlar kifayət qədər narahatedici təəssürat yaradırdı. Mən özüm bunun şahidi olmuşam", - deyə o, bölüşüb.
Onun sözlərinə görə, müasir media peşəkarı üçün təkcə mövzuları öyrənmək deyil, həm də müşahidə etmək, baş verənləri müstəqil şəkildə yoxlamaq və şərh etmək bacarığı vacibdir.
"Bugünkü media savadlılığı sadəcə qəzet oxumaq, radio dinləmək və ya televiziyada xəbərlərə baxmaq bacarığından daha çox şeydir. İndi informasiya məkanı xeyli genişlənib, sosial şəbəkələrdən tutmuş bloglara və alternativ platformalara qədər onlarla mənbə meydana çıxıb. Buna görə də məlumatı filtrdən keçirmək, onun etibarlılığını yoxlamaq və bu və ya digər mesajın arxasında kimin durduğunu anlamaq qabiliyyətini inkişaf etdirmək son dərəcə vacibdir", - deyə Giboi vurğulayıb.
Oxşar xəbərlər
İsmət Səttarov: Qərəzsiz informasiya əldə etmək üçün media savadlı olmağa ehtiyac var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Azərbaycan cəmiyyəti media savadlılığı məsələsində KİV ilə aktiv işləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazcontent rəhbəri: Yaradıcılıq və tənqidi düşüncə - jurnalistin süni intellekt qarşısında əsas üstünlükləridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
III Şuşa Qlobal Media Forumu çərçivəsində media savadlılığına dair panel keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












