Qazcontent rəhbəri: Yaradıcılıq və tənqidi düşüncə - jurnalistin süni intellekt qarşısında əsas üstünlükləridir
Texnologiyaların inkişafı ilə süni intellekt (Sİ) media sahəsinin ayrılmaz hissəsinə çevrilir və jurnalistlərin vəzifəsi onunla rəqabət aparmaq deyil, öz peşəkar fəaliyyətlərində onun imkanlarından səmərəli istifadə etməkdir.
"Report"un müxbiri bildirir ki, bu barədə Qazcontent İdarə Heyətinin sədri Ayna Zadabek III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bəyan edib.
"Süni intellektlə rəqabət aparmaq mümkün deyil. Bizim vəzifəmiz onunla işləməyi öyrənmək, onun potensialından istifadə etmək və eyni zamanda ənənəvi jurnalistikanın dəyərini gücləndirməkdir. Biz insan yanaşması, analitika, yaradıcılıq və tənqidi düşüncənin əsas üstünlüklərə çevrildiyi super-jurnalistika adlanan sahənin inkişafına can atmalıyıq", - deyə o vurğulayıb.
A.Zadabek həmçinin qeyd edib ki, Sİ-nin inkişafı ilə media sahəsində tərcüməçilər, sosial media mütəxəssisləri və ya kontent menecerləri kimi bəzi peşələr zamanla transformasiya oluna və ya tamamilə yox ola bilər.
Lakin Sİ-nin əvəz edə bilməyəcəyi bacarıqlar - yaradıcılıq, orijinallıq, süni və sintetik olanı fərqləndirmə qabiliyyəti tələb olunan olaraq qalacaq.
"Süni intellekt insan düşüncəsinin orijinallığı və yaradıcı yanaşma ilə müqayisə oluna biləcək bir şey yarada bilməz. Bu bizim əsas üstünlüyümüzdür", - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Rəşad Məcid: Süni intellekt vasitəsilə çoxlu dezinformasiya yayılır
Qətər Media Mərkəzinin direktoru: İslamla bağlı məlumatlar süni intellekt sistemlərinə də yüklənilməlidir
Rəşad Nəbiyev: "Azərbaycanda universitetlərin 70 %-də süni intellekt tədris olunacaq"
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: CAR - Cənubi Koreya oyunu start götürüb
