Uruqvay nəşri: Azərbaycan Şərqlə Qərb arasında mədəni körpü rolunu gücləndirir
Monumental, arxeoloji və sənədli irsin qorunması Azərbaycan üçün milli çərçivələrdən kənara çıxan prioritet məsələdir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Uruqvayın "Diario La R" nəşrinin Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin UNESCO-nun mənzil-qərargahında keçirilən tədbirlərdə iştirak etmək üçün Parisə səfərinə həsr olunmuş məqaləsində bildirilib.
Materialın müəllifi qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Parisdəki görüşləri Bakının Şərqlə Qərb arasında tarixi mədəni körpü rolunu təsdiqləyir.
Məlumatda vurğulanıb ki, Azərbaycan öz beynəlxalq nüfuzunu möhkəmləndirmək və incəsənət, təhsil və mədəni müxtəlifliyə hörmət vasitəsilə sülhə, sabitliyə və qarşılıqlı anlaşmaya yönəlmiş təşəbbüsləri təşviq etmək üçün çoxtərəfli diplomatiya platformalarından fəal şəkildə istifadə edir.
"Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri xüsusi əhəmiyyət kəsb edir. Çünki o, həssas regionlarda mədəni irsin qorunması və qlobal humanitar əməkdaşlıq kanallarının gücləndirilməsi kimi yüksək sosial əhəmiyyətə malik sahələrdə uzunmüddətli əməkdaşlıq perspektivlərinə birbaşa toxunur", - məqalədə vurğulanır.
Oxşar xəbərlər
Adil Kərimli UNESCO-nun tədbirində iştirak edəcək
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında iştirak edir
Azərbaycanla Xorvatiyanın sənaye nümayəndələri arasında əməkdaşlıq görüşləri keçirilib
Mikael Silkeberq: Yeni film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq
ICESCO Bakıda mədəni irsin qorunması ilə bağlı ilk regional seminar təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
"Technip" SOCAR ilə Azərbaycanda plastikdən bioyağ istehsalı üzrə "yaşıl layihə" hazırlayır
-
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
FBI Ağ Evə dron hücumunun qarşısını alıb
