Azərbaycanla Xorvatiyanın sənaye nümayəndələri arasında əməkdaşlıq görüşləri keçirilib
- 25-06-2025, 12:30
- Mədəniyyət / Mədəniyyət siyasəti
- 0
- 6 584
Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyaya səfəri çərçivəsində ölkəmizin bir sıra mədəni və yaradıcı sənaye sahələrini təmsil edən nümayəndələrin iştirakı ilə ikitərəfli görüşlər keçirilib.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycanın animasiya, təhsil, film, musiqi, rəqəmsallaşma, zərgərlik və dizayn kimi müxtəlif sahələrdə fəaliyyət göstərən 15 şirkətinin nümayəndələri Xorvatiyanın yaradıcı sənaye üzrə tanınmış qurumları ilə görüşüblər.
Tərəflər arasında keçirilən təqdimat və müzakirələrdə Azərbaycanın mədəni və yaradıcı sənaye sahəsində ixrac potensialı diqqətə çatdırılıb, Xorvatiya bazarına çıxış imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu cür biznes görüşləri Azərbaycan və Xorvatiya arasında hökumətlərarası komissiyanın iqtisadi əməkdaşlıq üzrə fəaliyyət istiqamətləri çərçivəsində həyata keçirilir. Mədəni və yaradıcı sənaye sahəsində biznes subyektləri arasında bu formatda ilk dəfə təşkil olunan görüşlər, tərəflər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli bir addımdır.


width="220" alt="Azərbaycanın mədəniyyət naziri Xorvatiyada səfərdədir" />
width="220" alt="Mədəni və yaradıcı sənaye sahələri ilə bağlı təsnifat siyahısı hökumətə təqdim olunub" />
width="220" alt="Azərbaycanla Xorvatiya arasında mədəni irsin bərpası ilə bağlı vörkşopların təşkili müzakirə olunub" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />