Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış edib
sizinxeber.az xəbər saytı

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış edib


Azərbaycan Əlillərin hüquqları haqqında Konvensiyanın XIX sessiyasının ümumi müzakirələri zamanı 19 dövlətdən ibarət regionlararası qrup (Albaniya, Banqladeş, Belarus, Bosniya və Herseqovina, Kamboca, Qırğızıstan, Laos Xalq Demokratik Respublikası, Malayziya, Meksika, Oman, Pakistan, Panama, San Marino, Səudiyyə Ərəbistanı, Tayland, Şərqi Timor, Ərbaycan) adından bəyanatla çıxış edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Birgə bəyanatda dünya əhalisinin təxminən 15%-nin əlilliyi olduğu vurğulanıb və Əlillərin hüquqları haqqında Konvensiyanın bütün hallarda, o cümlədən münaqişədə və münaqişədən sonrakı mühitdə minalardan, müharibənin partlayıcı qalıqlarından və əldəqayırma partlayıcı qurğulardan təsirlənən əlilliyi olan şəxslər üçün insan hüquqlarının qorunmasını təmin etməsinin vacibliyi vurğulanıb.

İştirakçı dövlətlər, xüsusilə milli mina fəaliyyəti potensiallarının yaradılması, inkişafı və effektiv fəaliyyət göstərməsi yolu ilə münaqişə və münaqişədən sonrakı mühitlərdə əlilliyin qarşısının alınmasının təşviqi üçün beynəlxalq dəstəyin sürətləndirilməsinə çağırıblar.

Dövlətlər həmçinin bütün əlilliyi olan şəxslər üçün təcili və davamlı tibbi yardım, fiziki reabilitasiya və protezləşdirmə, təhsil və iqtisadi reinteqrasiya üzrə milli potensialın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə birgə bəyanatın təşəbbüskarı olub
Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb
Qanunvericilikdə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər əlilliyi olan uşaqlar termini ilə əvəz edilib
18 yaşınadək əlilliyi müəyyən edilən şəxslər əlilliyi olan uşaqlar hesab ediləcək
Azərbaycan XİN Ermənistanı ərazisinə yerləşdirdiyi minalarla bağlı dəqiq məlumat verməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər