Mikael Silkeberq: Yeni film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq
Naxçıvanda çəkilən yeni sənədli film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan isveçli rejissor Mikael Silkeberq yeni sənədli film layihəsi barədə jurnalistlərə açıqlamasında deyib.
O, Naxçıvana üçüncü dəfə səfər etdiyini vurğulayaraq hər gəlişinin bu torpaqların zəngin tarixi və mədəni irsini daha dərindən öyrənmək imkanı yaratdığını vurğulayıb.
Rejissor xatırladıb ki, onun Naxçıvanla tanışlığı "Nuhun ayaq izləri" adlı sənədli filmi ilə başlayıb. 40 dəqiqəlik filmdə Naxçıvan insan sivilizasiyasının qədim beşiklərindən biri kimi təqdim edilib.
Üzərində çalışdığı yeni "Yaddaşda yaşayan Vətən" layihəsi haqqında danışan M.Silkeberq filmin Cənubi Qafqazda məcburi köçkünlük həyatı yaşamış azərbaycanlıların mədəni irsinə həsr olunduğunu qeyd edib.
Onun sözlərinə görə, Naxçıvan bu film üçün mühüm çəkiliş məkanlarından biridir. Burada yallı rəqsi, ənənəvi mətbəx nümunələri, Aşıq Ələsgərin irsi və Mirzə Qədim İrəvaninin yaradıcılığı kimi qeyri-maddi mədəni irs elementləri lentə alınır.
Rejissor həmçinin qeyd edib ki, bu film Skandinaviya ilə Azərbaycan arasında mədəni körpü rolunu oynamaqla yanaşı, beynəlxalq auditoriyanın ölkəni daha yaxından tanımasına xidmət edəcək.
Oxşar xəbərlər
İsveçdə "Nuhun izləri" sənədli filminin təqdimatı olub
Berlin Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb
Türkiyə kanalı "Qarabağ" haqqında sənədli film hazırlayıb
İmişlidə "Muğanda Kino Günləri" çərçivəsində filmlər nümayiş olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
