Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında iştirak edir
sizinxeber.az xəbər saytı

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında iştirak edir


Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu - UNESCO-nun Ümumdünya İrs Komitəsinin Fransanın paytaxtı Parisdə öz işinə başlayan 47-ci sessiyasında iştirak edir.

"Report" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, iyulun 16-a kimi davam edəcək sessiyada ölkəmizi Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin nümayəndə heyəti təmsil edir.

Sessiyada Azərbaycan üzrə Ümumdünya İrs Siyahısına daxil edilmiş iki irs ərazisinin – “Xan Sarayı ilə birgə Şəki şəhərinin tarixi mərkəzi” və “Xınalıq və Köç Yolu mədəni landşaftı"nın mühafizə vəziyyətinə dair dövri hesabatları dinlənilərək qəbul olunub.

Sessiya çərçivəsində UNESCO-nun mədəni irs üzrə məşvərətçi qurumu olan ICOMOS təşkilatının köçəri irsinə ("Transhumance") həsr edilmiş yan tədbir keçirilib.

Tədbirdə Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən “Transhumance World Heritage Initiative” layihəsi təqdim olunub. Layihə Azərbaycanın 2023-cü ildə Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq və Köç Yolu mədəni landşaftı” nümunəsindən ilhamlanaraq qlobal səviyyədə köç irsinin qorunması və təşviqinə yönəlib.

Nümayəndə heyətinin sessiya çərçivəsində keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər ölkənin beynəlxalq irs şəbəkəsində aktiv rolunu daha da gücləndirib, gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradıb.

Oxşar xəbərlər

“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb
Balaban, iftar süfrəsi UNESCO-nun bu siyahısına daxil edildi
Azərbaycanın təndir sənətkarlığı və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
UNESCO Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində bir sıra görüşlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər