Tağlar mağarasında tapılan neandertal insan qalığı Yaponiyada analiz edilir, nəticələri bu il açıqlanacaq
sizinxeber.az xəbər saytı

Tağlar mağarasında tapılan neandertal insan qalığı Yaponiyada analiz edilir, nəticələri bu il açıqlanacaq


Tağlar mağarasında tapılan neandertal insan qalığı Yaponiyada analiz mərhələsindədir.

Sizinxeber.az xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın 2026-cı il arxeoloji və antropoloji çöl tədqiqat mövsümünün açılış mərasimində deyib.

O bildirib ki, hazırda bu qalığın üzərində tədqiqat işləri aparılır: “Yaponiyadan analizin cavabını gözləyirik. Nəticələri barədə dünya ictimaiyyətinə geniş məlumat verəcəyik. Analizin nəticələrinin bu il açıqlanacağı gözlənilir. Bu tapıntı arxeoloji qazıntıların ən mühüm naliyyətlərindən biridir”.

Qeyd edək ki, Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparıb. Tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır.

Oxşar xəbərlər

AMEA: Azıx mağarasında laboratoroji işlərə başlanılıb
İsa Həbibbəyli: Laçında və Kəlbəcərdə arxeoloji tədqiqatlar aparmağı təşkil etməliyik
AMEA prezidenti: Bakıda və Abşeron yarımadasında arxeoloji tədqiqatlar başlayıb
Azad edilmiş ərazilərdə beynəlxalq arxeoloji ekspedisiyalar fəaliyyət göstərəcək
Naxçıvanda arxeoloji qazıntı aparılıb, 10 nəfərə yaxın insanın qalıqları aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər