Sami Yusuf azərbaycanlı musiqiçilərin iştirakı ilə Fəsdəki festivalda çıxış edib
Sami Yusuf Mərakeşin Fəs şəhərində keçirilən Dünya Müqəddəs Musiqisi Festivalına qatılıb, konsertdə azərbaycanlı musiqiçilər də iştirak ediblər.
"Report" xəbər verir ki, tədbir iyunun 6-da Mərakeş Kralı VI Məhəmmədin himayəsi altında keçirilən festivalın 29-cu sessiyası çərçivəsində baş tutub.
Konsert Fəsin əsas tarixi məkanlarından biri olan Bab Al Makina səhnəsində keçirilib. Proqram anşlaq toplayıb və beynəlxalq auditoriyanın böyük marağına səbəb olub.
Sami Yusuf öz ansamblının Türkiyə, Böyük Britaniya, Fransa, Çin, İordaniya, Azərbaycan və Mərakeşdən olan musiqiçiləri birləşdirdiyini qeyd edərək, mədəniyyətlərarası dialoq ideyasını vurğulayıb.
Proqramda dini və sufi əsərləri, eləcə də müasir kompozisiyalar səsləndirilib. "Madad", "Mawlana" və "Hasbi Rabbi" ifaları tamaşaçılarda xüsusi rəğbət doğurub.
Orkestrin tərkibində Azərbaycanı dörd musiqiçi təmsil edib: Məhsəd Əzizov (balaban), Zakir Vəliyev (tar), Elvin Novruzov (kamança) və İdris Hüseynov (ud).
Konsertdən sonra Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov sənətçilərlə görüşüb və çıxışlarına görə onlara təşəkkür edib.
Fəsdəki Dünya Müqəddəs Musiqisi Festivalı ənənəvi olaraq dünyanın hər yerindən 160-dan çox sənətçini bir araya gətirir və incəsənət vasitəsilə mədəniyyətlərarası dialoqun aparıcı məkanlarından biri hesab olunur.
Oxşar xəbərlər
Yusuf Güney azadlığa buraxıldı
Azərbaycan Budapeştdə keçirilən beynəlxalq festivalda təmsil olunub
Bakıda məşhur mərakeşli pianoçunun konserti keçirilib
Azərbaycan İordaniyada beynəlxalq festivalda təmsil olunur
Azərbaycanlı rəssam: Tablodakı o yeri Yusuf Dikeçin atəş açaraq deşməsi üçün boş qoydum
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı yeddi nəfər saxlanılıb - YENİLƏNİB
