IATA növbəti Ümumdünya Hava Nəqliyyatı Sammitini Syamendə keçirəcək
sizinxeber.az xəbər saytı

IATA növbəti Ümumdünya Hava Nəqliyyatı Sammitini Syamendə keçirəcək


Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) növbəti illik toplantısı və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) Çində keçiriləcək.

"Sizinxeber.az"un Rio-de-Janeyroda olan müxbirinin xəbər verdiyi kimi, bu barədə "International Airlines Group"un (IAG) baş direktoru və IATA-nın 2025–2026-cı illər üzrə Rəhbərlər Şurasının sədri Luis Qalyeqo IATA-nın 82-ci illik toplantısının (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammitinin (WATS) açılış mərasimində elan edib.

IATA-nın 83-cü illik toplantısı 2027-ci il mayın 30-dan iyunun 1-dək Çinin Syamen şəhərində keçiriləcək.

IATA dünya aviadaşımalarının 80%-dən çoxunu təşkil edən 330-a yaxın aviaşirkəti özündə birləşdirən aviadaşıyıcıların ən böyük beynəlxalq sahə assosiasiyasıdır.

Təşkilat aviasiya sahəsi üçün beynəlxalq standartlar, o cümlədən uçuşların təhlükəsizliyi sahəsində tələblər hazırlayır. Nəzarətin əsas alətlərindən biri assosiasiya üzvləri üçün keçilməsi məcburi olan IOSA istismar təhlükəsizliyi auditidir.

Oxşar xəbərlər

IATA rəhbəri aviasiya infrastrukturuna sərmayə yatırmağa çağırıb
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
IATA: “Azərbaycan dayanıqlı aviasiya yanacağına keçidə hazırlaşır”
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər