Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb
sizinxeber.az xəbər saytı

Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb


Azərbaycanda kiber təhqiqat istiqaməti Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, kiber təhqiqatın həm prosessual kiber təhqiqat, yəni istintaq hissəsi, baxış-axtarış tədbirləri, həm də kiber tədqiqat hissəsi birgə şəkildə fəaliyyət göstərəcək:

"Bu istiqamət üzrə həm "cyber investigation", həm də "cyber examination" bölmələri tandemdə işləyərək kiber təhlükələrə qarşı, xüsusən APT tipli ciddi kiber təhdidlərlə mübarizədə əhəmiyyətli irəliləyişin əldə edilməsi nəzərdə tutulur".

Oxşar xəbərlər

Rektor: “Kiber Yay Məktəbi" kadrların hazırlanması istiqamətində unikal layihədir
İlqar Musayev: "İnformasiya və kiber təhlükəsizliklə bağlı kadr çatışmazlığı var"
Pənah Musayev: "Kiber Yay Məktəbi" hər il daha çox iştirakçı ilə yadda qalır
Saməddin Əsədov: "Rəqəmsallaşma gücləndikcə kiber təhlükəsizliyin əhəmiyyəti artır"
Azərbaycanda 4 ayda bank kartlarından 6 milyon manatdan çox pul oğurlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər