Hakan Fidan: Hörmüz boğazının statusu aktuallaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2026
18:30
ff aaaaaaa

Hakan Fidan: Hörmüz boğazının statusu aktuallaşıb

07 in, 2026
18:30
912

Hakan Fidan: Hörmüz boğazının statusu aktuallaşıb

Türkiyə müvafiq təşəbbüs göstəriləcəyi təqdirdə Hörmüz boğazının minalardan təmizlənməsinə kömək etməyə hazırdır.

"Sizinxeber.az" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Koreya Respublikasının "JTBC" televiziya kanalına verdiyi müsahibədə bildirib.

"Biz həll yolu axtarışının bir hissəsi olmağa və xahiş olunarsa, qarşı tərəflər arasında davam edən bu prosesi asanlaşdırmağa hazırıq. Beləliklə, tərəflər arasında razılıq əldə olunarsa və ya bizdən boğazın minalardan təmizlənməsi prosesinə töhfə verməyimiz istənilərsə, bunu məmnuniyyətlə edəcəyik", - deyə o əlavə edib.

Hörmüz boğazının tam açılması perspektivlərindən danışan Fidan xatırladıb ki, əvvəlcə ABŞ və İran arasında danışıqlar nüvə məsələləri ətrafında gedirdi, lakin mövcud vəziyyət nəzərə alınmaqla Hörmüz boğazının statusu daha da aktuallaşıb.

"Bəzi hesablamalara görə, Hörmüz boğazı daha bir neçə ay bağlı qalarsa, bəzi Afrika ölkələri ərzaq çatışmazlığı ilə üzləşəcək. Bu, hər kəs üçün qlobal kabusa çevriləcək. Buna görə də hər iki tərəf Hörmüz boğazının açılmasına diqqət yetirməyə və daha sonra nüvə danışıqlarına keçməyə can atır".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul