Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində azı 3 nəfər ölüb
Rusiyanın Ukraynanın Zaporojye vilayətinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Sizinxeber.az xəbər verir ki, Zaporojye Vilayət Prokurorluğunun məlumatına görə, Balabino qəsəbəsində idarə olunan aviasiya bombalarının (KAB) ictimai nəqliyyat dayanacağı yaxınlığına düşməsi nəticəsində ilkin olaraq 2 nəfərin öldüyü, azı 4 nəfərin yaralandığı bildirilirdi.
Daha sonra Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov ölənlərin sayının 3-ə çatdığını açıqlayıb.
Məlumata görə, zərbələr dayanacaq yaxınlığına endirilib və həmin vaxt orada olan şəxslər arasında ölən və yaralananlar olub. Hücum nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinə də ziyan dəyib.
Bundan əlavə, Zaporojye şəhərinə FPV tipli pilotsuz uçuş aparatı ilə hücum edilib. Nəticədə yanacaqdoldurma məntəqəsində yanğın baş verib, avadanlıqlar zədələnib. Hadisə zamanı 59 yaşlı kişi xəsarət alıb.
Oxşar xəbərlər
Rusiya Xarkov və Zaporojye vilayətlərinə zərbələr endirib, ölən və yaralananlar var
Rusiya Zaporojye və Xersona zərbələr endirib, yaralılar var
Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var
Rusiyanın Ukraynanın üç vilayətinə hücumları nəticəsində 20 nəfər yaralanıb
Rusiya Ukraynanın üç vilayətinə zərbə endirib, 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı yeddi nəfər saxlanılıb - YENİLƏNİB
