Vəkillər Kollegiyasının sədri: "Hüquqi xidmətlər bazarının tənzimlənməməsi ciddi problemdir"
Azərbaycanda hüquqi xidmətlər bazarında tənzimləmənin olmaması ciddi problemdir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
"Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, burada hüquqi xidmətlər bazarı tam liberaldır. Halbuki bu səviyyədə liberallıq əksər ölkələrdə mövcud deyil. Bir çox ölkələrdə hüquq təhsili olmayan şəxs hüquq şirkəti yarada bilməz. Hüquqşünas olaraq biz başqa peşə sahələrində eyni fəaliyyəti göstərə bilmirik, çünki həmin sahələrdə ciddi tələb və məhdudiyyətlər mövcuddur", - deyə o qeyd edib.
Onun sözlərinə görə, elə təsəvvür yaranmamalıdır ki, hüquq xüsusi bilik və peşəkarlıq tələb etməyən, hər kəsin məşğul ola biləcəyi fəaliyyət növüdür:
"Bu sahədə tələb olunan meyarlara cavab verməyən şəxslərin hüquqi xidmət göstərməsi düzgün yanaşma deyil. Həkim peşəsinə münasibətdə belə yanaşma mövcuddurmu? Xeyr. Çünki orada insanların sağlamlığı və taleyi həll olunur. Hüquqşünaslar da insanların taleyinə birbaşa təsir edən qərar və proseslərdə iştirak edirlər. Buna görə də hüquq peşəsinə münasibətdə də eyni həssaslıq göstərilməlidir. Düşünürəm ki, bu sahədə müəyyən tənzimləyici mexanizmlərin tətbiqi, peşə standartlarının müəyyənləşdirilməsi barədə ciddi düşünmək lazımdır".
Oxşar xəbərlər
Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı azdır"
Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı kifayət qədər azdır"
Anar Bağırov: Türk dövlətlərinin ortaq hüquq konsepsiyasının və fəaliyyət planının hazırlamalıdır
Anar Bağırov: Dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyil
“Vəkildən tələbəyə” layihəsinə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
-
Kallas: Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır
-
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır
