Brüsseldə ənənəvi beynəlxalq "Suqovuşan" minifutbol turniri keçirilib
sizinxeber.az xəbər saytı

Brüsseldə ənənəvi beynəlxalq "Suqovuşan" minifutbol turniri keçirilib


Brüsseldə "Sərhədləri aşan dostluq" devizi altında üçüncü beynəlxalq "Suqovuşan" minifutbol turniri keçirilib.

"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, idman, dostluq və mədəni mübadilə bayramı Belçikadakı Azərbaycan diasporunun MADANI platforması tərəfindən 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil edilib.

Ənənəyə uyğun olaraq, turnirə Azərbaycanın Belçikadakı Səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi təşkilati dəstək verib.

Tədbirdə Belçika, Lüksemburq, İsveç və Estoniya da daxil olmaqla, Avropanın 10-dan çox ölkəsində yaşayan Azərbaycan icmasını təmsil edən komandalar iştirak edib.

Yarışa Belçikada akkreditə olunmuş digər səfirliklərin və diplomatik korpusların nümayəndələri - Azərbaycan və Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Pakistan, Qırğızıstan səfirliklərinin komandaları və NATO-nun mənzil qərargahının əməkdaşları da qatılıblar. Yarışda ümumilikdə 24 komanda iştirak edib.

Məşhur belçikalı beynəlxalq dərəcəli hakim Frank De Blekerin turnirin rəsmi açılış mərasimində iştirakı böyük maraqla qarşılanıb.

"Suqovuşan" turniri tolerantlığı və qələbəni simvolizə edir. Futbol turniri kimi başlayan təşəbbüs artıq əsl bayrama çevrilib. İştirakçıların sayı hər il artır", - MADANI-nin təsisçisi Emin Əliyev açılış mərasimində bildirib.

Çempionlar Liqası formatında keçirilən üçüncü "Suqovuşan" turnirinin qalibi Belçikada yaşayan azərbaycanlılardan ibarət "Qırğı Belçika FK" komandası olub. Komanda finalda Tallinin "Qarabag" komandasını məğlub edib. Üçüncü yeri Almaniyanın Essen regionunun azərbaycanlılardan ibarət "Aze NRW" komandası tutub.

İyirmi dörd komanda arasında son yerləri tutan səkkiz komanda Avropa Liqası formatında yarışıb. Bu kubokun qalibi Belçikada azərbaycanlıların eyniadlı təşkilatına məxsus "Fireland AZ" komandasını məğlub edən "MADANI Heroes" komandası olub.

Oxşar xəbərlər

Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Vaqif Sadıxov: Müstəqillik Günü Azərbaycan xalqı üçün vacib tarixdir
Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə “Suqovuşan” II minifutbol turniri keçirilib
Sumqayıtda minifutbol turniri keçirilib
Uşaq evlərinin komandaları arasında minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər