Azərbaycan nümayəndə heyəti Türkmən Milli Xalça Muzeyi ilə tanış olub
Azərbaycan nümayəndə heyəti və media mənsubları Türkmən Milli Xalça Muzeyi ilə tanış olub.
"Report"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, muzeyin eksperti Qızılgül Amanova mədəniyyət nazirinin müavini Murad Hüseynova, nazir müşaviri Orxan Fikrətoğluna və digər qonaqlara ətraflı məlumat verib.
Onun sözlərinə görə, Milli Xalça Muzeyində Ginnesin "Rekordlar" kitabına düşən türkmən milli xalçası da burada saxlanılır. Xalçanın çəkisi 1 ton 200 kq-dır.
"Xalça 2001-ci ildə toxunub və 2003-cü ildə isə Ginnesin "Rekordlar" kitabına düşüb. Xalça 301 kvadrat metdir", - o vurğulayıb.
Ekspert həmçinin muzeyin fəaliyyət istiqaməti barədə də məlumat verib. Qeyd olunub ki, muzey Türkmənistan xalçaçılıq ənənələrini canlandırmaq, qorumaq və yaradıcı şəkildə inkişaf etdirmək üçün Türkmənistan Prezidenti Saparmurat Niyazovun 20 mart 1993-cü il tarixli fərmanı ilə Aşqabad şəhərində yaradılıb: "Muzeydə 2 000-dən çox eksponat qorunub saxlanılır. Muzey fondu daim artır, işçiləri köhnə xalçaları axtarır və toplayırlar".
Oxşar xəbərlər
Berdiməhəmmədovun qızı Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
Türkmənistanda Azərbaycan Milli İncəsənət və Milli Xalça muzeylərinin xüsusi sərgisi nümayiş olunub
Şimali Makedoniya Prezidenti Xalça Muzeyi ilə tanış olub
Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət edib
Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Məcnun Məmmədov: "Ərzaq itkilərinin azaldılması ilə bağlı kompleks tədbirlər görülür"
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
