Braziliya ət tədarükünə qoyulan qadağaya görə Aİ-yə qarşı cavab tədbirləri görə bilər
sizinxeber.az xəbər saytı

Braziliya ət tədarükünə qoyulan qadağaya görə Aİ-yə qarşı cavab tədbirləri görə bilər


Braziliya hökuməti Avropa İttifaqının (Aİ) ölkədən ət məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq etmək qərarı fonunda cavab addımları atma variantlarını araşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Luis Rua "Folha de S. Paulo" nəşrinə müsahibəsində bildirib.

"Əgər bizə tərəfdaş kimi yanaşılmadığı qənaətinə gəlsək, [Aİ-yə qarşı] hansı cavab addımlarını ata biləcəyimizlə bağlı artıq müəyyən hazırlıqlarımız var", - qurumun nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Braziliya tərəfi danışıqlar prosesi zamanı Aİ-nin tətbiq etdiyi baryerlərin aradan qaldırılmasına nail olacağına ümid edir. O diqqətə çatdırıb ki, beynəlxalq ticarət sistemində respublikanın tətbiq etmək hüququna malik olduğu "qarşılıqlılıq prinsipi" mövcuddur.

Qeyd edək ki, iyunun 5-də Aİ Braziliyadan ət idxalına qadağan edən tədbirləri rəsmən təsdiqləyib. Brüssel öz qərarını onunla əsaslandırıb ki, Cənubi Amerika dövləti, ehtimal ki, heyvandarlıq sahəsində antimikrob vasitələrdən həddindən artıq istifadəyə nəzarət normalarının pozulmasına yol verib.

Rua təsdiqləyib ki, Braziliya Avropa İttifaqına tələb olunan bütün texniki zəmanətləri təqdim etməyə və Avropa bazarına ət məhsulları tədarükçüsü kimi öz mövqelərini bərpa etməyə qadirdir.

Daha əvvəl yerli "Brasil 247" portalı hesablayıb ki, Braziliya Aİ-nin qərarı səbəbindən 1,8 milyard dollardan çox məbləğdə zərər çəkə bilər.

Oxşar xəbərlər

Braziliya ABŞ-nin rüsum siyasətinə cavab hazırlayır
Braziliya ABŞ-ı ÜTT-yə şikayət edəcək
Braziliya ABŞ-nin tarif tədbirləri ilə bağlı ÜTT-yə şikayət edib
Meksika ABŞ-nin cavab tariflərinə dərhal cavab verməyəcək
Braziliya prezidenti: Tramp özünü dünyanın imperatoru hesab etməməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər