Vision Invest rəsmisi: Dayanıqlılığın artıq ölçülə bilən iqtisadi dəyəri var
sizinxeber.az xəbər saytı

Vision Invest rəsmisi: Dayanıqlılığın artıq ölçülə bilən iqtisadi dəyəri var


Sərhədlərarası infrastruktur layihələrinin uğuru üçün əsas şərtlərdən biri investisiya cəlb edə biləcək real və dayanıqlı tələbin formalaşdırılmasıdır.

Sizinxeber.az xəbər verir ki, bunu Vision Invest şirkətinin Aktivlərin İdarəedilməsi və Dəyərin Reallaşdırılması üzrə baş vitse-prezidenti Zaki Sumar Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Regional əlaqəlilik üçün sərhədlərarası infrastruktur üzrə dövlət-özəl tərəfdaşlıqları (PPP)” adlı panel müzakirəsində deyib.

Onun sözlərinə görə, özəl investorlar üçün ilk növbədə layihənin iqtisadi əsaslandırılması və bazar tələbinin mövcudluğu vacibdir:
“Ən önəmli məsələ banklar və investorlar tərəfindən maliyyələşdirilə bilən tələbin mövcudluğudur. Bu tələb istehlakçılar, kommunal xidmət şirkətləri, sifarişçilər və digər bazar iştirakçıları arasında formalaşmalı, həmçinin müxtəlif ölkələr üzrə davamlılığı və həcmi qiymətləndirilməlidir”.

Sumar bildirib ki, son illərdə baş verən qlobal hadisələr dayanıqlılığın (resilience) əhəmiyyətini daha da artırıb:
“Son aylarda yaşanan proseslər göstərdi ki, dayanıqlılığın artıq real iqtisadi dəyəri var. Bu göstəricini ölçmək və qiymətləndirmək mümkündür. Əvvəllər bu anlayış daha çox nəzəri xarakter daşıyırdısa, indi konkret iqtisadi meyara çevrilib”.

O qeyd edib ki, sərhədlərarası infrastruktur layihələri enerji və su təhlükəsizliyi kimi strateji məsələlərin həllinə töhfə verirsə, onların investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə artır:
“Əgər layihələr müxtəlif ölkələrin sistemləri arasında uyğunluğu təmin edir, ehtiyat imkanları yaradır, enerji və su təhlükəsizliyini gücləndirirsə, onlar həm iqtisadi baxımdan gəlirli, həm də investorlar üçün daha maraqlı olur”.

Sumar vurğulayıb ki, məhz bu amillər beynəlxalq investorların sərhədlərarası infrastruktur layihələrinə marağını artıran əsas faktorlar sırasındadır.

Oxşar xəbərlər

Eyüp Vural Aydın: Dünyada infrastruktur investisiyaları üzrə 49 trilyon dollarlıq maliyyə ehtiyacı var
Səməd Bəşirli: Sumqayıtda gündəlik 300 min kubmetr su istehsal edəcək zavod Azərbaycanın flaqman PPP layihəsidir
Misirli nazir: İƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə illik çatışmazlıq 290 milyard dollara çatır
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər