Azərbaycana pul köçürmələri bu il 29%-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycana pul köçürmələri bu il 29%-dən çox artıb


Bu ilin ilk rübündə Azərbaycana pul köçürmə sistemləri vasitəsilə 296,9 milyon ABŞ dolları daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 milyon dollar və ya 29,4% çoxdur.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycana ən çox pul köçürmələri Rusiyadan (110,8 milyon dollar), Türkiyədən (49,9 milyon dollar), İrlandiyadan (24,6 milyon dollar), ABŞ-dən (23,9 milyon dollar) və Birləşmiş Krallıqdan (10,5 milyon dollar) daxil olub.

S. Nəsirov bildirib ki, hesabat dövründə Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 103,9 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 milyon dollar və ya 7,8% azdır.

Azərbaycandan ən çox vəsait Türkiyəyə (28,2 milyon dollar), ABŞ-yə (16,2 milyon dollar), Rusiyaya (10,2 milyon dollar), Birləşmiş Krallığa (6 milyon dollar) və Gürcüstana (5,6 milyon dollar) köçürülüb.

Oxşar xəbərlər

Ötən il təkrar gəlirlər balansının müsbət saldosu 631 milyon dollar olub
Altı ayda Azərbaycana xaricdən 568 mln. dollar pul baratı daxil olub
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 50%-ə yaxın artıb
AMB 9 ayda ölkəyə və ölkədən pul köçürmələrinin məbləğini açıqlayıb
Azərbaycanın tədiyə balansının ehtiyat aktivləri 648 mln. dollar artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər