Samer Elesavi: "Azərbaycan regional halal iqtisadiyyatının əsas oyunçusuna çevrilə bilər"
Azərbaycan özünün strateji coğrafi mövqeyi və iqtisadiyyatın şaxələndirilməsi kursu sayəsində regional halal dəyər zəncirlərinin inkişaf etdirilməsi, eləcə də yeni investisiyaların cəlb olunması üçün böyük potensiala malikdir.
"Report" xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (IsDB) Kuala-Lumpurdakı Qabaqcıl Təcrübə Mərkəzinin rəhbəri Samer Elesavi IsDB Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsində təşkil olunmuş forumda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanın dünyanın müxtəlif regionları ilə inkişaf etmiş nəqliyyat əlaqələri və ölkənin iqtisadi imkanlarını genişləndirmək istəyi onun qlobal halal iqtisadiyyatda mövqelərinin möhkəmləndirilməsi üçün əlverişli şərait yaradır.
S.Elesavi qeyd edib ki, bu gün halal iqtisadiyyat dünya iqtisadiyyatının ən dinamik inkişaf edən seqmentləri sırasına daxildir: "Yaxın illərdə müsəlman istehlakçıların halal sektorlarda xərclərinin həcminin 3 trilyon ABŞ dollarını ötəcəyi gözlənilir. Halal iqtisadiyyatın gələcəyi getdikcə daha çox rəqəmsallaşmadan, standartların qarşılıqlı tanınmasından, inteqrasiya olunmuş logistik dəhlizlərin inkişafından və davamlı regional dəyər zəncirlərinin formalaşmasından asılı olacaq".
IsDB nümayəndəsi əlavə edib ki, təşkilata üzv ölkələr ticarətin, sənaye kooperasiyasının və investisiya əməkdaşlığının genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdirlər: "Bununla yanaşı, sertifikatlaşdırma sistemlərindəki fərqlər, infrastruktur məhdudiyyətləri və qlobal tədarük zəncirlərinə kifayət qədər inteqrasiya olunmama hələ də sektorun inkişafına mane olur".
Bundan əlavə, S.Elesavi, "Bank Negara Malaysia", "INCEIF University" və digər tərəfdaşlarla birlikdə həyata keçiriləcək Qlobal İslam İqtisadiyyatı Proqramının işə salındığını bildirib: "Onun məqsədi İslam iqtisadiyyatı və maliyyəsi sahəsində yeni nəsil mütəxəssislərin hazırlanmasıdır".
S.Elesavinin sözlərinə görə, İslam İnkişaf Bankı ixtisasartırma proqramları, texniki əməkdaşlıq və investisiyalara dəstək vasitəsilə halal iqtisadiyyatın inkişafında üzv ölkələrə töhfə verməyə davam edəcək.
Oxşar xəbərlər
Amin Əl-saadi: "Halal sənaye qida və maliyyə sektorundan kənara çıxır"
Orxan Məmmədov: "Azərbaycan regional və qlobal halal bazarlar arasında əlaqələndirici həlqəyə çevrilmək niyyətindədir"
İƏT rəsmisi: “Halal biznes bazarı MDB regionunda iqtisadi inkişaf üçün böyük imkanlar yaradır”
Rektor: Halal qida sektoru iqtisadiyyatı iki trilyon dollardan yüksəkdir
ITFC: İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Zaqatalada maşın aşıb, ölən var
