Vüsal Xəlilov: "Maliyyə sektorunda iki çağırış mövcuddur" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
in
2026
10:00
0
0
1 039
ff

Vüsal Xəlilov: "Maliyyə sektorunda iki çağırış mövcuddur"

09 in, 2026
10:00
1 039

Vüsal Xəlilov: "Maliyyə sektorunda iki çağırış mövcuddur"

Maliyyə sektorunun əsas çağırışları xərclər və dələduzluqdur.

"Sizinxeber.az" xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

Onun sözlərinə görə, ən böyük iki çağırış maliyyə sektorunda artan xərclər və dələduzluq riskləridir: 'Xərclər kontekstində həm rəqəmsallaşma ilə bağlı yaranan xərcləri, həm də nağdsız ödənişlər sektorundakı xərcləri qeyd edə bilərik. Bu xərcləri daha çox banklar, ödəniş təşkilatları və təsərrüfat subyektləri hiss edirlər. Dələduzluqla bağlı təhdidlər isə, təəssüf ki, hər bir vətəndaşı birbaşa narahat edir".

V. Xəlilov bildirib ki, bu çağırışların aradan qaldırılması istiqamətində Mərkəzi Bank sektor iştirakçıları ilə birlikdə ciddi addımlar atır: "İlk növbədə, xərclərin optimallaşdırılması məqsədilə beynəlxalq kart təşkilatları ilə intensiv müzakirələr aparılır. Məqsəd həm ekvayer, həm də işuer tərəfdən təsərrüfat subyektləri üçün daha optimallaşdırılmış tarif siyasətinin formalaşdırılmasıdır. Bu istiqamətdə martin 18-də Bankın İdarə Heyətinin qərarı ilə interçeync komissiyalarının yuxarı həddi 0,25 faiz bəndi azaldılıb. Qərar iyun ayından qüvvəyə minir və bunun təsərrüfat subyektlərinin xərclərinin azalmasına müsbət təsir göstərəcəyi gözlənilir."

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul