UKMTO: İranda müharibənin başlanğıcından bəri Fars körfəzində 29 gəmiyə hücum edilib
sizinxeber.az xəbər saytı

UKMTO: İranda müharibənin başlanğıcından bəri Fars körfəzində 29 gəmiyə hücum edilib


ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Fars körfəzi akvatoriyasında 29 gəmiyə hücum edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu məlumatları Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) təqdim edib.

Xülasə fevralın 28-dən iyunun 8-dək olan dövrü əhatə edir.

"UKMTO Mərkəzi Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzi akvatoriyasında naviqasiyanı həyata keçirən gəmilərlə bağlı insidentlər haqqında 54 məlumat qeydə alıb", - təşkilatın hesabatında göstərilib. Bildirilib ki, ümumi saya 29 hücum halı, şübhəli hərəkətlər barədə 23 məruzə, eləcə də gəmilərin ələ keçirilməsi ilə bağlı 2 epizod daxil edilib.

Bununla belə, son bir ay ərzində insidentlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Əlaqələndirmə mərkəzinin əvvəlki analoji hesabatı dərc etdiyi 5 may tarixindən etibarən cəmi dörd yeni hücum və şübhəli aktivliklə bağlı beş fakt qeydə alınıb.

BMT yanında Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, hərbi əməliyyatlar başlayandan bəri 41 hadisə qeydə alınıb. Bu hücumlar zamanı 11 ekipaj üzvü həlak olub, daha bir neçə nəfər isə ağır xəsarətlər alıb.

Oxşar xəbərlər

İran Hörmüz boğazından keçən gəmiyə yenidən hücum edib – YENİLƏNİB
UKMTO: Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verib
SEPAH Oman sahillərində konteyner gəmisinə hücum edib
UKMTO: Hörmüzdə dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır
İran HDQ Hörmüz boğazı ərazisində iki gəmini saxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər