"Fitch" Gürcüstanın kredit reytinqi ilə bağlı proqnozunu “Mənfi”yə dəyişib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Gürcüstanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqi (IDR) üzrə proqnozunu “Sabit”dən “Mənfi”yə dəyişib və IDR-ni “BB” səviyyəsində təsdiqləyib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilir.
Bu ilin iyun ayında “Fitch Ratings” Gürcüstanın IDR üzrə proqnozunu "Müsbət"dən "Sabit"ə dəyişib.
Agentlik hesab edir ki, Gürcüstanda siyasi risklər çox yüksək olaraq qalacaq. "Uzunmüddətli siyasi böhran institusional strukturu sarsıda, investorların və daxili bazarın etimadına təsir edə bilər ki, bu da xarici likvidliyə və məzənnəyə təzyiq göstərə bilər. Dövlət institutlarına etimadın zəifləməsi ilə birlikdə bu, Gürcüstanın dövlət idarəetməsi göstəricilərinə mənfi təsir göstərə bilər. Bu da ənənəvi olaraq müqayisə edilən ölkələrlə müqayisədə güclü tərəf olub", - agentlik qeyd edib.
“Fitch” Gürcüstanın ÜDM artımının 2024-cü ildə 8,7 % olacağını, 2025-ci ildə 5,3 %-ə, 2026-cı ildə isə 5 %-ə enəcəyini gözləyir.
Bununla yanaşı, agentlik Gürcüstanda inflyasiyanın 2025-ci ildə 2,1 %, 2026-cı ildə isə 2,3 %-ə qədər olacağını gözləyir. Bundan əlavə, “Fitch” Gürcüstanın dövlət büdcəsinin aşağı kəsirini qeyd edir və bu, bu il ÜDM-in 2,7 %-i, 2025-ci ildə 2,5 %-i və 2026-cı ildə 2,3 %-i səviyyəsində təxmin edilir.
Agentlik, həmçinin Gürcüstanın xarici dövlət borcunun orta rifah səviyyəsini qeyd edib, bu il ÜDM-in 38 %-dən bir qədər çoxunu təşkil etdiyini, 2025-2026-cı illərdə 38,7 %-ni təşkil edəcəyini bildirib.
Oxşar xəbərlər
“Fitch” Fransanın reytinq proqnozunu “mənfi”yə dəyişib
“Fitch” 2019-cu ildən bəri ilk dəfə Misirin reytinqini “B” səviyyəsinə yüksəldib
"Fitch" İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yüksəldib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
