“Fitch” 2025-ci ildə Azərbaycanda inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 5,3 % təşkil edəcəyini və 2026-cı ildə 4,6 %-ə düşəcəyini proqnozlaşdırır.
Bu barədə “Report” agentliyin hesabatına istinadən xəbər verir.
“Bu göstəricilər Mərkəzi Bankın hədəf diapazonunda (4 % ± 2 faiz bəndi) qalır”, – “Fitch” qeyd edib.
Agentliyin analitikləri davam edən inflyasiya risklərini və ehtiyatlı monetar siyasəti nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 2026-cı ilə qədər azaldacağını gözləmirlər.
Ölkədə illik inflyasiya 2025-ci ilin yanvar-may aylarında 5,9 %-ə çatıb. “Bu, qismən keçən ilin aşağı baza effekti, 2025-ci ilin birinci rübündə minimum əmək haqqının artırılması ilə bağlıdır”, – hesabatda deyilir.
Oxşar xəbərlər
"Fitch Solutions”: Bu il Azərbaycanda inflyasiya 4%-dən yüksək olacaq
AİB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb
“Fitch" AMB-nin uçot dərəcəsini azaltmayacağını proqnozlaşdırır
IMF 2030-cu ilə qədər Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb
ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













